...

Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu

Dünya xəbərləri Materials 10 Fevral 2017 22:11 (UTC +04:00)
Almaniyanın Hamburq şəhər məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində səsləndirilən şeirlə əlaqədar qərar qəbul edib.
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu

Bakı. Trend:

Almaniyanın Hamburq şəhər məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində səsləndirilən şeirlə əlaqədar qərar qəbul edib.

Trend-in məlumatına görə, məhkəmə almaniyalı satirik Yan Bemermana həmin şeirdən hissələr səsləndirməyi qadağan edən qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, ötən ilin mayında Y.Bemerman alman televiziyası ilə canlı yayımda R.T.Ərdoğana qarşı təhqiredici şeir səsləndirmişdi.

Türkiyə prezidenti bununla bağlı məhkəmə orqanlarına müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti