...

Bu ölkənin ordusunda qadın hərbçilərin sayı artırılacaq

Dünya xəbərləri Materials 19 Aprel 2017 19:20 (UTC +04:00)
Yaponiyanın müdafiə naziri Tomomi İnada ölkə ordusunun kəşfiyyat bölmələrinə və tank qoşunlarına qadınların cəlb olunmasına qoyulan məhdudiyyətin aradan qaldırıldığını elan edib
Bu ölkənin ordusunda qadın hərbçilərin sayı artırılacaq

Bakı. Trend:

Yaponiyanın müdafiə naziri Tomomi İnada ölkə ordusunun kəşfiyyat bölmələrinə və tank qoşunlarına qadınların cəlb olunmasına qoyulan məhdudiyyətin aradan qaldırıldığını elan edib.

Trend-in məlumatına görə, nazir həmçinin özünümüdafiə qüvvələrinin sıralarında qadın qulluqçuların sayının artırılmasının da nəzərdə tutulduğunu deyib.

Beləliklə, Yaponiya ordusunda qadınların xidmətinə məhdudiyyət yalnız radioloji müdafiə və sualtı qayıq bölmələrində qüvvədə qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti