...

İranın cənub-şərqində zəlzələ baş verib

Dünya xəbərləri Materials 23 İyul 2014 02:28 (UTC +04:00)
İranın cənub-şərqində Kerman vilayətində çərşənbə axşamı Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
İranın cənub-şərqində zəlzələ baş verib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

İranın cənub-şərqində Kerman vilayətində çərşənbə axşamı Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib. Trend İRNA agentliyinə istinadən bu barədə məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:52-də baş verib.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti