...

I Avropa Oyunlarına ilk biletin sahibinin adı açıqlandı

Baku 2015 : EUROGAMES Materials 3 Aprel 2015 14:29 (UTC +04:00)
I Avropa Oyunlarına ilk biletin sahibinin adı açıqlandı
I Avropa Oyunlarına ilk biletin sahibinin adı açıqlandı

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İlkin İzzət/

Bakı 2015 I Avropa Oyunlarına ilk bileti əldə etmiş şəxs Rusiya vətəndaşıdır.

BEGOC-un bilet satışı şöbsinin rəhbəri Miryam Bogataj Trend-ə bildirib ki, I Avropa Oyunlarına ilk bileti Rusiyanın Moskva şəhərindən Kseniya Muradova adlı şəxs internet üzərindən onlayn qaydada əldə edib: "O, həmçinin onlayn qaydada qeydiyyatdan keçən ilk şəxs olub. Onun üçün böyük sürpriz hazırlayırıq".

Qeyd edək ki, biletlərin onlayn qaydada satışına martın 30-dan etibarən başlanılıb. Aprelin 3-dən isə Avropa Oyunlarına biletlərin rəsmi satışı paytaxtdakı bilet satışı məntəqələrində start verilib. Bakıda 12 bilet satışı məntəqəsi yaradılacaq. Onlardan 8-si artıq fəaliyyət göstərir. Əsas bilet satışı məntəqəsi "Park Bulvar" ticarət mərkəzində olacaq. Biletləri Bakıdakı digər böyük mollarda yaradılmış bilet kassalarından da əldə etmək mümkündür. Əlavə olaraq biletlər 5 yerli şirkət vasitəsilə də satışa çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti