...

Bakı-2015: Yeni Ağ Şəhər bulvarında gəzinti (FOTO)

Baku 2015 : EUROGAMES Materials 18 May 2015 15:30 (UTC +04:00)
Bu gün Ağ Şəhər bulvarı, köhnə bulvar, yeni bulvar, Bayraq meydanı bulvarı və Bayıl bulvarı uzunluğu 16 km olan vahid kompleksdən ibarətdir.
Bakı-2015: Yeni Ağ Şəhər bulvarında gəzinti (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Elçin Hüseynov/

Bakının bir çox sənaye müəssisələrinin yerləşdiyi "Qara şəhər" adlanan ərazisində 2013-cü ilin mayından etibarən Dənizkənarı Milli Parkın davamının tikintisinə başlandı.

Bakı Ağ Şəhər bulvarı ekologiyası bərpa edilmiş sənaye zonasında reallaşdırılan "Bakı Ağ Şəhər" layihəsini tamamlayır.

Bu günlərdə Bakı Ağ Şəhər bulvarı ərazisində Azərbaycanda ən iri beşulduzlu "Bulvar Hotel" mehmanxana kompleksinin (818 nömrəli) açılışı oldu. Azərbaycan Prezidenti İlham Əliyev açılışda bildirdi ki, belə müasir turizm obyektinin bütün dünyanın diqqət mərkəzində olan Bakı-2015 ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu gün Ağ Şəhər bulvarı, köhnə bulvar, yeni bulvar, Bayraq meydanı bulvarı və Bayıl bulvarı uzunluğu 16 km olan vahid kompleksdən ibarətdir. 100 il əvvəl yaradılmış Bakı bulvarının uzunluğu cəmi 3,5 kilometr olub.

Trend Bakı Ağ Şəhər bulvarından fotosessiyanı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti