...

Avropa Oyunlarının məşəli İsmayıllıda (FOTO,VİDEO)

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 16:14 (UTC +04:00)
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə gətirilib.
Avropa Oyunlarının məşəli İsmayıllıda (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 26 may /Trend/

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə gətirilib.

Trend-in məlumatına görə, şəhərin girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi oldu. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul etdi.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəldilər.

Burada yürüşçülər musiqi sədaları altında alqışlarla qarşılandılar. Poverliftinq üzrə beşqat dünya və üçqat Avropa çempionu Kamil Qafarov Mədəniyyət Sarayının qarşısında quraşdırılan səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. İdman müəllimi Rəvan Qarayev isə ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Mərasimdə aprelin 26-da qədim Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks etdirildiyi videoçarx nümayiş olundu.

Musiqiçilərin zəngin repertuarlı konsert proqramı, bir-birini əvəz edən mahnı və rəqslər ismayıllılılara ikiqat bayram sevinci yaşatdı.

Sonra birinci Avropa Oyunlarının məşəli Qəbələyə yola salındı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti