...

Avropa Voleybol Konfederasiyası: Avropa Oyunları qitə üçün tarixi əhəmiyyətə malikdir

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 15:45 (UTC +04:00)
Avropa Voleybol Konfederasiyasının saytında birinci Avropa Oyunlarının məşəlinin paytaxta gətirilməsi barədə məqalə yayımlanıb.
Avropa Voleybol Konfederasiyası: Avropa Oyunları qitə üçün tarixi əhəmiyyətə malikdir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Avropa Voleybol Konfederasiyasının saytında birinci Avropa Oyunlarının məşəlinin paytaxta gətirilməsi barədə məqalə yayımlanıb.

Trend konfederasiyanın saytına istinadən məlumat verir ki, məqalədə məşəlin Oyunların başlanmasından 5 gün öncə - iyunun 7-də möhtəşəm şəkildə paytaxta daxil olması xüsusi qeyd olunur. Yazıda birinci Avropa Oyunlarının həm Azərbaycan, həm də bütün Avropa üçün tarixi əhəmiyyətə malik olduğu bildirilir.

Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova istinadən vurğulanır ki, son altı həftə ərzində məşəlin səyahəti dünya ictimaiyyəti qarşısında Azərbaycanın imicini formalaşdırdı. Nazirdən sitat gətirilir: "Paytaxt əhalisinin bölgələrin sakinləri ilə eyni maraqla bu tədbirdə iştirak etməsi çox xoş idi. Açılış mərasimindən öncə baş tutan məşəlin səyahəti paytaxtımıza yeni görüntü bəxş edib. Mən əminəm ki, yaxın dörd gün ərzində Bakının ən gözəl cəhətlərini müşahidə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti