...

Taekvondoçularımız Avropa Oyunlarında qızıl medal qazanmaq üçün hazırlaşırlar

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 22:05 (UTC +04:00)
“Birinci Avropa Oyunlarında ümidimiz qızıl medaladır”. Bunu Trend-ə taekvondo üzrə milli komandamızın böyük məşqçisi Elnur Amanov deyib.
Taekvondoçularımız Avropa Oyunlarında qızıl medal qazanmaq üçün hazırlaşırlar

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunlarında ümidimiz qızıl medaladır". Bunu Trend-ə taekvondo üzrə milli komandamızın böyük məşqçisi Elnur Amanov deyib.

O bildirib ki, taekvondoçularımız Avropa Oyunlarına çox ciddi hazırlaşırlar: "Hər gün məşqlərimiz davam edir. Bu, çox məsuliyyətli bir yarışdır. Ümidimiz qızıl medaladır, Əlimizdən gələni edirik ki, inşallah, qızıl medal qazanaq".

E.Amanov əlavə edib ki, Avropa Oyunlarında mübarizə güclü olacaq, çünki yarışlara dünyanın ən güclü idmançıları gəlir: "Olimpiya, dünya və Avropa çempionları, yəni Avropanın taekvondo üzrə ən güclü idmançıları gəlir. Çox çətin rəqiblər gəlir, əlbəttə, yarışlar asan olmayacaq. Buna görə də biz çox böyük məsuliyyətlə hazırlaşırıq və məqsədimiz qızıl medal qazanmaqdır".

Milli komandamızın üzvü Radik İsayev də yüksək nəticələr əldə edəcəklərinə ümid edir: "Məqsədimiz, əlbəttə, qızıl medal qazanmaqdır və bunun üçün əlimizdən gələni edirik, çox ciddi hazırlaşırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti