...

YUNESKO təmsilçisi: I Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın mühüm strateji qərarı idi

Baku 2015 : EUROGAMES Materials 9 İyun 2015 13:40 (UTC +04:00)
“Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan hökumətinin ölkə üçün mühüm və strateji qərarı idi”. Bunu Trend-ə YUNESKO-nun İtalyada yerləşən Bioetnik və İnsan Haqları Təsisatının direktoru, professor Alberto Qarcia deyib.
YUNESKO təmsilçisi: I Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın mühüm strateji qərarı idi

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan hökumətinin ölkə üçün mühüm və strateji qərarı idi". Bunu Trend-ə YUNESKO-nun İtaliyada yerləşən Bioetnik və İnsan Haqları Təsisatının direktoru, professor Alberto Qarcia deyib.

O bildirib ki, nəqliyyat infrasrukturu, qonaqların və turistlərin yerləşdirilməsi, insanların ölkəyə gəlişinin təşkili baxımından çətin olsa da, Azərbaycan bütün bunların öhdəsindən layiqincə gəldi və Bakıya baxarkən şəhərin Oyunlara tam hazır olduğu hiss olunur: "Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə Avropaya və bütün dünyaya bir pəncə açır. Insanların gəlib Azərbaycanın gözəlliklərini görməsi ölkə üçün vacibdir. Bu, ölkənin dünyada nüfuzunun daha da artmasına və turizm sektorunun inkişafına böyük təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti