...

Elmar Qasımov: "Məqsədim doğma divarlar arasında qələbə qazanmaqdır" (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 16:14 (UTC +04:00)
Azərbaycanın ulduz idmançısı, cüdoçu Elmar Qasımovun məqsədi Bakı-2015-də doğma divarlar arasında qələbə qazanmaqdır.
Elmar Qasımov: "Məqsədim doğma divarlar arasında qələbə qazanmaqdır" (VİDEO)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın ulduz idmançısı, cüdoçu Elmar Qasımovun məqsədi Bakı-2015-də doğma divarlar arasında qələbə qazanmaqdır.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın cüdo üzrə dünya ikincisi E.Qasımov Bakı-2015-də doğma divarlar arasında qızıl medala sahib olma planları üçün diqqət və xüsusi məşqlərin əsas amil olduğunu açıqlayıb.

Çəki kateqoriyası üzrə dünya reytinqində ikinci sırada yer alan E.Qasımov Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qran-pri yarışları və Tbilisidə keçirilən Qran-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən "Böyük dəbilqə" yarışında gümüş medala layiq görülüb. 2014-cü ildə Rusiyanın Tümen şəhərində təşkil olunmuş "Böyük dəbilqə" yarışında qızıl, 2014-cü ildə keçirilmiş Avropa çempionatında isə gümüş medal qazanıb.

Bakı-2015 Avropa Oyunlarının veb-saytı üçün hazırlanmış videoçarxda cüdoçumuz bildirib: "Diqqəti qələbəyə yönəltmək və xüsusi məşqlər qızıl medala sahib olmaq üçün əsasdır".

E.Qasımov yarışlar zamanı diqqəti toplamağın uğur üçün əsas olduğunu bildirib: "Tatamiyə çıxarkən ancaq rəqibimi düşünürəm, başqa heç nə. Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram."

O bildirib ki, artıq 16 ildir ki, cüdo ilə məşğuldur və doğma divarlar arasında ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizədə çox həyəcanlıdır: "Bakıda keçiriləcək ilk Avropa Oyunları çox ilhamvericidir. Qələbə mənim həvəsimdir".

Qeyd edək ki, cüdo yarışları iyun ayının 25-dən başlayaraq dörd gün ərzində Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Boks yarışlarında 18 medal komplekti uğrunda 416 kişi və qadın idmançı mübarizə aparacaq.

Xatırladaq ki, Bakı-2015 Oyunları tarixdə ilk Avropa Oyunları olaraq, 12-28 iyun 2015-ci il tarixlərində baş tutacaq, çoxsaylı idman növünü əhatə edən, qitə üçün həyəcanlandırıcı və yenilikçi olan bir tədbirdir. Oyunlarda cəmi 20 idman növü üzrə yarışlar keçiriləcək. Onlardan 16-sı Olimpiya və 4-ü isə qeyri-olimpiya idman növüdür. İdman növlərinin 12-si Rio-2016 Olimpiya Oyunlarında iştirak hüququnu qazanmaq imkanı yaradacaq. Yarışların keçiriləcəyi 17 gün ərzində Avropanın 50 ölkəsindən 6000 nəfərdən çox idmançı mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti