...

BAK Avropa Parlamentini Bakı 2015 Oyunlarını siyasiləşdirməməyə çağırır

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 16:25 (UTC +04:00)
Benilüks Azərbaycan Konqresi (BAK) Avropa Parlamentini Bakı 2015 Oyunlarını siyasiləşdirməməyə çağırıb.
BAK Avropa Parlamentini Bakı 2015 Oyunlarını siyasiləşdirməməyə çağırır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlkin İzzət/

Benilüks Azərbaycan Konqresi (BAK) Avropa Parlamentini Bakı 2015 Oyunlarını siyasiləşdirməməyə çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Benilüks Azərbaycan Konqresi Belçika, Niderland və Lüksemburqda yaşayan azərbaycanlılar adından bəyanatla çıxış edib. Avropa Parlamentinə ünvanlanmış bəyanatda Bakı 2015 I Avropa Oyunlarının əhəmiyyəti xüsusi vurğulanır və qeyd olunur ki, iyunun 12-də Azərbaycan böyük bir missiyanı həyata keçirəcək. Bu oyunların dilindən, dinindən, irqindən asılı olmayaraq hamıya qucaq açan Bakıda start götürrməsinin dünya azərbaycanlıları üçün də qürurverici olduğu bildirilir.

Müraciətdə vurğulanır ki, beynəlxalq idman yarışına ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya sülh çağırışı etdi və bununla da dövlətimizin təməl prinsiplərinin sülh, humanizm olduğunu bir daha sübuta yetirdi.

BAK üzvləri avroplalıların diqqətinə çatdırır ki, işğalçı Ermənistanla danışıqlarda hər zaman sülh tərəfdarı olduğunu bəyan edən Azərbaycan I Avropa Oyunlarını keçirməklə əslində idman yarışları ilə xalqların gücünü birləşdirərək sülhə, birliyə nail olmağın mümkünlüyünü göstərdi və separatçılıqdan, işğaldan əziyyət çəkən ölkə olmasına rəğmən dünya dövlətlərinə sülh çağırışı etdi.

Müraciətdə hər zaman ikili standartlarla üzləşən Azərbaycanın bu dəfə də ona qarşı aparılan təbliğatın təəssüf doğurduğu avropalı parlamentarilərin diqqətinə çatdırılır: "Azərbaycanın müstəqil siyasət yürütməsi, sosial-iqtisadi inkişafı bədxah qonşularımızdan tutmuş bir sıra dairələrin, dövlətlərin qısqanclığına səbəb olub. İkili standartlara söykənən siyasət yürüdən bəzi beynəlxalq təşkilatlar və dövlətlər nə üçün dünyanın diqqətini Dağlıq Qarabağ probleminin həllinə, bir milyondan artıq Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpasına, əzizlərinin məzarını ziyarət edərkən Azərbaycan vətəndaşlarının girov götürülməsinə yönəltmir".

BAK bu möhtəşəm idman tədbirinin siyasiləşdirilməsinə etiraz edir və bildirir ki, təşkilat ikili standartlara yol vermiş qrupların, bəzi dövlətlərin mövqeyini qətiyyətlə pisləyir, onları ədalətli olmağa, Azərbaycanın haqq işini müdafiə etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti