...

Belçikalı gimnast: Azərbaycanın güclü gimnastları var (FOTO)

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 16:33 (UTC +04:00)
"Birinci Avropa Oyunları bizim üçün çox faydalıdır, çünki bu, böyük bir yarışmadır və burada güclü idmançılar iştirak edirlər".
Belçikalı gimnast: Azərbaycanın güclü gimnastları var (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları bizim üçün çox faydalıdır, çünki bu, böyük bir yarışmadır və burada güclü idmançılar iştirak edirlər". Bunu Trend-ə Avropa Oyunlarında gimnastika üzrə yarışlarda iştirak edən belçikalı idmançı Luka Van Den Keybus deyib.

O bildirib ki, burada qələbə qazanmaq üçün güclü mübarizə aparmaq lazımdır: "Təbii ki, bu da idmançıların inkişafına səbəb olur. Bu, eyni zamanda, idmançılara özlərini gələcək Olimpiya yarışlarına hazırlamaq üçün böyük imkandır".

Belçikalı gimnast idmançılar üçün yaradılan şəraitdən razı qaldığını, həmçinin Milli Gimnastika Arenasının çox möhtəşəm olduğunu diqqətə çatdırıb: "Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib. Atletlər kəndində bizim üçün çox gözəl şərait yaradılıb. Milli Gimnastika Arenasını da çox bəyəndim, bura çox genişdir, hər cür şərait yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. Aydındır ki, Azərbaycanda idmana böyük diqqət var. Onu da deyim ki, Azərbaycanın da güclü gimnastları var".

Bakıya birinci dəfə gəldiyini deyən belçikalı idmançı Azərbaycanın gözəl ölkə olduğunu diqqətə çatdırıb: "İnsanlar qonaqpərvər və mülayimdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti