...

Azərbaycan Avropa Oyunlarında çimərlik voleybolunda ilk qələbəsini qazanıb

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 14:03 (UTC +04:00)
Bu gün I Avropa Oyunları çərçivəsində çimərlik voleybolu üzrə yarışlarda azərbaycanlı idmançılar Yuliya Kərimova və Rakel Fereyra yarışlarda ilk qələbələrini qazanıblar.
Azərbaycan Avropa Oyunlarında çimərlik voleybolunda ilk qələbəsini qazanıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bu gün I Avropa Oyunları çərçivəsində çimərlik voleybolu üzrə yarışlarda azərbaycanlı idmançılar Yuliya Kərimova və Rakel Fereyra yarışlarda ilk qələbələrini qazanıblar.

Trend-in məlumatına görə, onlar polşalı voleybolçulara 2-0 hesabı ( 21:18; 21:18) ilə qalib gəliblər.

H qrupunun digər matçında Çexiya Ukraynanı 2-0 hesabı ilə məğlub edib.

Hazırda A qrupunda görüşlər keçirilir. Burada Azərbaycanın digər cütlüyü Vivyen Kunya və Zinaida Lyubimova Danimarka voleybolçuları ilə qarşılaşır. Birinci setdə voleybolçularımız rəqiblərini 21:14 hesabı ilə məğlub ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti