...

Teymur Məmmədov qızıl medal qazanacağına inanır

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 14:47 (UTC +04:00)
"İnanıram ki, birinci Avropa Oyunlarında qızıl medal qazanacağam və bayrağımızı qaldıracağam
Teymur Məmmədov qızıl medal qazanacağına inanır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"İnanıram ki, birinci Avropa Oyunlarında qızıl medal qazanacağam və bayrağımızı qaldıracağam".

Trend-in məlumatına görə, bunu 1/16 final mərhələsində Böyük Britaniyalı rəqibinə qalib gələrək 1/8 final mərhələsinə yüksələn boksçumuz Teymur Məmmədov jurnalistlərə bildirib.

O, Böyük Britaniyalı rəqibinə qalıb gəlməyin o qədər də çətin olmadığını bildirib.

T.Məmmədov yarışlarda güclü idmançıların iştirak etdiyini bildirərək, özünə inandığını diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti