Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Ənvər Məmmədov/
Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində taekvando yarışlarının 4-cü günü başlayıb.
Trend-in məlumatına görə, bu gün Azərbaycanın iki idmançısı mübarizəyə qoşulacaq.
Marina Tedeyeva qadınlar arasında +67 kiloqram, Radik İsayev isə kişilər arasında +80 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.