...

Yerli azarkeş: Milli Gimnastika Arenasında gimnastlarımızın çıxışları zövq verir

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 14:25 (UTC +04:00)
"Hər dəfə bu möhtəşəm Gimnastika Arenasında yarışlar keçiriləndə gəlib baxmağa çalışırıq. Bu bizə çox zövq verir və idmançılarımızın qələbələri bizi sevindirir".
Yerli azarkeş: Milli Gimnastika Arenasında gimnastlarımızın çıxışları zövq verir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Hər dəfə bu möhtəşəm Milli Gimnastika Arenasında yarışlar keçiriləndə gəlib baxmağa çalışırıq. Bu bizə çox zövq verir və idmançılarımızın qələbələri bizi sevindirir". Bunu Trend-ə birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında keçirilən yarışları izləməyə gəlmiş gimnastika həvəskarı Nəsimi Ələkbərov deyib.

N.Ələkbərov gimnastlarımızın Avropa Oyunlarında çıxışlarını yüksək dəyərləndirir: "Azərbaycan gimnastları artıq iki medal qazanıb. Nəzərə alsaq ki, Azərbaycanda gimnastika son illərdə inkişaf etməyə başlayıb, doğrudan da bu yüksək nəticədir. Yəni gimnastikanın uzun illərdir ki, inkişaf etdiyi Avropa dövlətləri içərisində belə yüksək nəticəyə nail olmaq əlbəttə, Azərbaycanda da gimnastikanın yaxşı inkişaf etdiyini göstərir. Biz fəxrlə gəlib bu möhtəşəm arenada idmançılarımızın uğurlarının şahidi oluruq. Sağ olsun dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ki, bu cür gözəl işlər görürlər".

N.Ələkbərov birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən də danışıb: "Bu Oyunlar bizim dövlətimiz üçün çox xeyirlidir. Dünya dövlətləri Azərbaycanla, ölkəmizin mədəniyyəti, milli mətbəxi, gözəl yerləri ilə tanış olur, ölkəmizin inkişafını görürlər. Azərbaycan dünyada yaxşı təbliğ olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti