...

Taekvandoçumuz Azərbaycana medal qazandırır (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 17:23 (UTC +04:00)
Avropa Oyunlarında kişilər arasında +80 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Radik İsayev yarımfinala yüksəlib.
Taekvandoçumuz Azərbaycana medal qazandırır (ƏLAVƏ OLUNUB)

Yeni nəticə əlavə olunub (ilk xəbər saat 15:27-də yayılıb)

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Avropa Oyunlarında kişilər arasında +80 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Radik İsayev yarımfinala yüksəlib.

Trend-in məlumatına görə, bu gün 1/4 final mərhələsində niderlandlı idmançı Yeroen Vanroiylə qarşılaşan təmsilçimiz gərgin döyüşdən qalib ayrılıb - 8:6.

X X X

Azərbaycan taekvandoçusu R.İsayev yarımfinalda slovakiyalı İvan Konrad Traykoviçlə qarşılaşıb.

Rəqibindən xeyli üstün döyüş sərgiləyən təmsilçimiz vaxtından əvvəl - 17:2 hesablı qələbə qazanaraq finala yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti