Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/
"Avropa Oyunlarının açılışı əla idi". Bunu Trend-ə Bakı-2015 birinci Avropa Oyunlarını işıqlandırmağa gəlmiş Sloveniya Dövlət Televiziyasının jurnalisti Qreqor Kos deyib.
O, Bakı çox gözəl şəhər olduğunu qeyd edib: "Burada çoxlu gözəl yeni binalar, eyni zamanda, qədim tikililər var. Amma onlar yeni kimi görünür. Sakinlər çox mehribandırlar. Qidalarınız dadlıdır".
Jurnalist Avropa Oyunlarının çox gözəl təşkil edildiyini bildirib: "Bu tədbir Avropa Oyunları deyil, Olimpiya Oyunları təsiri bağışlayır. Siz Olimpiya Oyunlarına tam hazırsınız. Təşkilati və təhlükəsizlik məsələləri yüksək səviyyədədir".