...

Ukrayna idmançısı: “İlk Avropa Oyunları olimpiya qələbəsi üçün önəmli addım ola bilər”

Baku 2015 : EUROGAMES Materials 20 İyun 2015 14:11 (UTC +04:00)
“İlk Avropa Oyunları olimpiya qələbəsi üçün önəmli addım ola bilər”.
Ukrayna idmançısı: “İlk Avropa Oyunları olimpiya qələbəsi üçün önəmli addım ola bilər”

Azərbaycan, Bakı, 20 iyun /Trend/

"İlk Avropa Oyunları olimpiya qələbəsi üçün önəmli addım ola bilər".

Trend xəbər verir ki, bunu Ukraynanın üzgüçülük idman növü üzrə təmsilçisi Andrey Serdinov yerli mətbuata açıqlamasında bildirib ki, "Bakı 2015" Avropa Oyunları olimpiada səviyyəsində keçirilir.

O bildirib ki, açılış mərasimi, eləcə də, yarışların təşkili olimpiya standartlarına tam cavab verir: "Burada bütün idmançılar olimpiya kəndində yaşayırlar. Bu, müxtəlif ölkələrin nümayəndələrinə bir-birilə tanış olmaq, ünsiyyət qurmaq imkanı yaradır".

Ukraynalı idmançı həmçinin bildirib ki, Avropa oyunları gənc idmançılar üçün də mühüm əhəmiyyətə malikdir: "Burada iştirak edən gənc idmançılar beynəlxalq yarışların, olimpiadaların atmosferini hiss etmək imkanı qazanır. Ümumiyyətlə, Bakı 2015 Ukraynalı idmançılar üçün də ilk beynəlxalq təcrübə oldu."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti