Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Bakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarının sonuncu gününə start verilib.
Trend-in məlumatına görə, aerobika və batut gimnastikası üzrə final yarışları başlayıb.
Ölkəmizi batut gimnastikasında kişilər arasında batutdan tullanmada Qrişunin İlya, qadınlar arasında isə Svetlana Makştarova təmsil edir.
Bu gün, həmçinin kişilər və qadınlar arasında sinxron hərəkətlər üzrə yarışların final mərhələsi baş tutacaq.
Ümumilikdə bu idman növündə 4 dəst medal oynanılacaq.
Azərbaycan idmançıları batut gimnastikasında qızıl medal uğrunda mübarizə aparırlar
Bu gün Bakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarının sonuncu gününə start verilib.
