Azərbaycan, Bakı, 21 iyun /Trend/
Bu gün I Avropa Oyunları çərçivəsində qadınlar arasında batut gimnastikası üzrə batutdan tullanma yarışları başa çatıb.
Trend-in məlumatına əsasən, qızıl medalın sahibi 54.335 xalla rusiyalı gimnast Yana Pavlova, gümüş medalın sahibi Böyük Britaniya təmsilçisi Ketrin Driskoll (53.910) olub.
Bürünc medalın sahibi isə Belarus idmançısı Hanna Qarçonakdır - 53.565 xal.