...

Akrobatika və bədii gimnastika üzrə final yarışları keçirilir

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 14:34 (UTC +04:00)
Bakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarının son günü davam edir.
Akrobatika və bədii gimnastika üzrə final yarışları keçirilir

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarının son günü davam edir.

Trend-in məlumatına görə, bu gün Milli Gimnastika Arenasında akrobatika gimnastikası və bədii gimnastika üzrə final yarışları keçirilir.

Ölkəmizi akrobatika gimnastikasında qarışıq cütlüklərin temp və balans hərəkətlərində Ulyana Dyakova və Anatoli Leonov, qadınlar arasında qrup-balans və qrup-temp hərəkətlərində isə Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanovadan ibarət qrup təmsil edirlər.

Bədii gimnastikada fərdi halqa, top və lent hərəkətlərində Marina Durunda çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti