...

Azərbaycan idmançısı: Atletlərimiz Avropa Oyunlarında komanda mübarizəsi nümayiş etdirdilər

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 20:14 (UTC +04:00)
"Atletlərimiz I Avropa Oyunlarında komanda mübarizəsi və qarşıya qoyulan məqsədə çatmaqda birlik nümayiş etdirdilər".
Azərbaycan idmançısı: Atletlərimiz Avropa Oyunlarında komanda mübarizəsi nümayiş etdirdilər

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Atletlərimiz I Avropa Oyunlarında komanda mübarizəsi və qarşıya qoyulan məqsədə çatmaqda birlik nümayiş etdirdilər". Bunu Trend-ə Azərbaycan atleti Yekaterina Sokolova (maneələrlə qaçış) deyib.

Onun sözlərinə görə, Azərbaycan bayrağı altında çıxış edən hər bir idmançı təkcə qələbəsinə inanmır, həm də bütün komandanın qələbəsinə səmimi inanır ki, bu da birliyi nümayiş etdirir.

Y.Sokolova 100 metr məsafəyə maneələrlə qaçışda 6-cı olub. O, qeyd edib: "Dünən 46.10 balla dördüncü olan komandamız yaxşı nəticə göstərdi. Bugünkü çıxışıma gəlincə, deyə bilərəm ki, nə qədər hazır idimsə, o qədər də qaçdım".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti