...

Spiros Kapralos: "Avropa Oyunları Avropada idmanın inkişafına mühüm töhfə verəcək" (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 28 İyun 2015 13:35 (UTC +04:00)
"Birinci Avropa Oyunları möhtəşəm alındı, çox gözəl təşkil olunmuşdu, biz keyfiyyətli idmanın şahidi olduq"
Spiros Kapralos: "Avropa Oyunları Avropada idmanın inkişafına mühüm töhfə verəcək" (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları möhtəşəm alındı, çox gözəl təşkil olunmuşdu, biz keyfiyyətli idmanın şahidi olduq". Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos bu gün Avropa Oyunlarına həsr edilmiş yekun mətbuat konfransında deyib.

O qeyd edib ki, bu Oyunlarda müxtəlif innovasiyalar tətbiq olundu: "Oyunların proqramına yeni dispilinlər daxil edildi. Yeni displinlər vasitəsi ilə biz bu Oyunların möhtəşəmliyini göstərməyə çalışdıq".

S.Kapralos bildirib ki, bu Oyunların ən mühüm tərəfi o oldu ki, 50 üzvdən 42 ölkə medal qazandı: "Təbii ki, bu Avropada idmanın inkişafına mühüm töhfə verəcək".

S.Kapralos Avropa Oyunlarının bağlanış mərasiminin möhtəşəm keçəcəyinə əminliyini də bildirib: "Möhtəşəm açılış mərasimi keçdi və əminəm ki, bağlanış mərasimi də möhtəşəm olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti