...

Meyxanaçı Namiq Qaraçuxurlu Aygün Kazımovaya halallıq verdi

Mədəniyyət Materials 18 Dekabr 2010 14:31 (UTC +04:00)
Meyxanaçı Namiq Qaraxuçurlu Trend-ə qısa müsahibəsində Aygün Kazımovanın "Maşın" realiti-şousunu tərk etməyinə münasibət bildirib:
Meyxanaçı Namiq Qaraçuxurlu Aygün Kazımovaya halallıq verdi

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Ş.Cavadsoy/

Meyxanaçı Namiq Qaraxuçurlu Trend-ə qısa müsahibəsində Aygün Kazımovanın "Maşın" realiti-şousunu tərk etməyinə münasibət bildirib:

- Aygün xanımın atdığı bu addım haradasa məni kövrəltdi. Getmək haqqında qərar verdi və onun bu hərəkətinə hörmətlə yanaşıram.

- Şounu tərk edəndən sonra gecə görüşdünüzmü?

- Xeyr, görüşə bilməsək də, telefon danışığımız oldu. Və ona dəstək olduğumu bildirdim.

- Namiq, Aygün xanım avtomobil uğrunda apardığı yarışmada iki dəfə ən çox tamaşaçı sms-i aldığı üçün "günün lideri", "toxunulmaz iştirakçısı" adını qazanmışdı. Maraqlıdır, yaxın dost kimi onun lider olmasında sən nə dərəcədə yaxından iştirak etmişdin? Yəni çoxmu sms göndərdin?

- Dəstəyim var idi. SMS-lərim də öz yerində.

- Göndərdiyin səslərin sayı onlarla, yüzlərlə, yoxsa minlərlə idi?

- Tək özüm göndərməmişəm axı. Dost-tanışlar da sağ olsunlar, dəstəklərini əsirgəmədilər. Minlərlə desəm yalan olar, onlarla da az çıxar, ümumi götürsək, hardasa yüzlərlə sms. Halal xoşu olsun.

- Namiq, bəs tamaşaçılar səni bir iştirakçı kimi "Maşın şou"da mübarizə aparan ulduzlar cərgəsində nə vaxt görə biləcəklər?

- Yox, özümü görmürəm. Təşkilatçılar tərəfindən bir neçə dəfə təkliflər alsam da, iştirakçı olmaq istəməmişəm. Deyim ki, bu şou Azərbaycan televiziya məkanında ən reytinqli bir şoudur və mən də tamaşaçılardan biri kimi onun azarkeşiyəm.

- Şouya baxan minlərlə tamaşaçı şahid oldu ki, illərdən bəri münasibətlərini dost və ya düşmən müstəvisində davam etdirdikləri hələ tam aydınlaşmayan Aygün və Röya cütlüyü arasında buzlar əriməyə doğru gedir. Bildiyimiz qədər sənin də Röya ilə münasibətlərin sıfır dərəcəsindədir. Maraqlıdır, onların efirdən dostluqlarını göstərmələri sənin Röya haqqında fikirlərinə müsbət təsir göstərəcəkmi?

- (öncə susur) Hər şey ola bilər. Mənim Röya xanıma qarşı kin-küdurətim yoxdur. Bu barədə indi nəsə demək, danışmaq istəməzdim.  

- Namiq, son sualımız Aygün xanımın qızı İlqarənin gələn həftədən İctimai televiziyada yayımlanan "Eurovision-2011" milli seçimlərinin final mərhələsində mübarizəyə başlayacağı ilə bağlıdır. İlqarəyə dəstək olacaqsanmı?

- İlqarə çiyinləri üzərinə çox məsuliyyətli bir yük götürüb, ona uğurlar arzulayıram. Və mütləq ona da dəstək olacağam.

FOTO: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti