...

Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonu açılacaq

Mədəniyyət Materials 7 Yanvar 2011 15:47 (UTC +04:00)
Böyük ehtimal var ki, bu il 64-cü Kann kinofestivalında Azərbaycan kinosunun pavilyonu açılacaq.
Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonu açılacaq

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Hüseynzadə/

Böyük ehtimal var ki, bu il 64-cü Kann kinofestivalında Azərbaycan kinosunun pavilyonu açılacaq.

"Hazırda bununla bağlı ilkin danışıqlar aparılır və bu pavilyonun Kannda dənizkənarı Kluazetdə açılacağı ehtimalı var", - Trend-ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsi sektorunun müdiri Yusif Şeyxov deyib.

Pavilyonda Azərbaycan filmlərindən videoçarxlar yayımlanacaq, Azərbaycan kinematoqrafının keçmiş və hazırkı vəziyyətindən bəhs edən müxətlif materialların nümayişi mümkün olacaq.

Bu il Kann kionofestivalı mayın 11-dən 22-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti