Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Cəfərov/
İranda İslam İnqilabının qələbəsinin 32-ci il dönümü münasibəti ilə Azərbaycan xalçasının ilk satış sərgisi təşkil olunacaq. Bunu İranın Şərqi Azərbaycan ostanının Ticarət Təşkilatının sədr müavini Turab Həsəni deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
O, əlavə edib ki, sərgi fevralın 11-dən martın 13-nə kimi Təbrizdə təşkil olunacaq. "Sərginin təşkilində məqsəd ölkə daxilindəki bazarda Azərbaycan xalçalarının satışını artırmaqdır. Sərgi "hər satış nöqtəsi bir sərgi stendi" şüarı ilə keçiriləcək", - Turabi deyib.
2010-cu ilin iyul ayının 12-də İranın Təbriz şəhərində Azərbaycan xalçalarının "Milli İrs" kimi qeydiyyata alınma mərasimi keçirilmişdi.
İran həmçinin Azərbaycan xalçalarının YUNESKO-da mədəni irs kimi qeydiyyata alınması üçün lazımi sənədlər toplayır.
Hülaku xan dövründə Təbriz xalça istehsalı və satışı mərkəzlərindən biri olub. Təbriz tacirləri Qacarların hakimiyyəti dövrünün ortalarında xalça ixracatında böyük rol oynayıblar.
Təbrizdə toxunan xalçalar üzərində əsasən Şah Abbas, balıq, ağac, güldan, ləçək, Şeyx Səfi və Quba kimi naxışlardan istifadə olunur.
İranda Azərbaycan xalçalarının satış sərgisi təşkil olunacaq