...

Müğənni Xəyyam Nisanov onu ABŞ-a bağlayan səbəblərdən danışdı (VİDEO-FOTO)

Mədəniyyət Materials 11 Mart 2011 16:47 (UTC +04:00)
Populyar Azərbaycan estrada müğənnisi Xəyam Nisanov bu ilin yayında Amerika Birləşmiş Ştatlarına yaradıcılıq səfərinə yollanmağa hazırlaşır. Reallaşdırmaq istədiyi planları barədə Trend-ə müğənninin özü məlumat verdi.
Müğənni Xəyyam Nisanov onu ABŞ-a bağlayan səbəblərdən danışdı (VİDEO-FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Ş.Cavadsoy/

Populyar Azərbaycan estrada müğənnisi Xəyam Nisanov bu ilin yayında Amerika Birləşmiş Ştatlarına yaradıcılıq səfərinə yollanmağa hazırlaşır. Reallaşdırmaq istədiyi planları barədə Trend-ə müğənninin özü məlumat verdi.

"Yaxın vaxtlarda ABŞ-ın Nyu-York şəhərində yaşayan həmyerlilərimiz üçün konsert proqramı keçiriləcək. Mən də ciddi-cəhdlə həmin konsertin hazırlıqları ilə məşğulam. Ümidvaram ki, həmvətənlərimizin böyük əksəriyyəti həmin konsertdə iştirak edəcək. Sevindirici haldır ki, qeydiyyatda olduğum "Facebook" sosial şəbəkəsində də ABŞ-da yaşayan saysız-hesabsız yurddaşlarımız artıq bu konsertlə maraqlanırlar, öz dəstəklərini əsirgəmirlər", - Xəyyam Nisanov dedi.

Söhbət əsnasında öyrəndik ki, müğənninin ABŞ səfəri daha bir yaradıcılıq nailiyyəti ilə əlamətdar olacaq. Belə ki, Xəyyam ABŞ-da yaşayan tanınmış caz ifaçımız Ruslan Ağababayevlə 3 mahnı hazırlayacaq. Aranjimanı məhz Ruslan Ağababayevə aid olan mahnılardan birinə çox güman ki, klip də çəkiləcək.

Yeniliklərdən ağızdolusu danışan Xəyyam onu da bildirdi ki, tezliklə ən sadiq pərəstişkarlarını və media nümayəndələrini başına toplayıb rus dilində ifa etdiyi mahnıların yer aldığı növbəti albomunun təqdimatına dəvət edəcək. Paytaxt klublarından birində gerçəkləşəcək tədbir "Xəyyam party" adlanacaq.

Sonda Trend oxucularına Nisanovun ABŞ-da lentə alınmış "Yollar" mahnısının videoçarxını təqdim edir. Mahnının musiqisi dahi Azərbaycan bəstəkarı Tofiq Bakıxanovundur. "Yollar"ı ilk dəfə dinləyicilər illər öncə virtuoz Azərbaycan cazmeni Vaqif Mustafazadənin adı ilə tarixə düşmüş "Sevil kvarteti"nin ifasında eşidiblər. İndi isə bu ölməz əsəri Xəyyam Nisanov cazmen Emil Əfrasiyaboğlu tərəfindən hazırlanmış yeni aranjimanda öz repertuarına daxil edib. Qiymət verməyi sizin öhdənizə buraxırıq.

Xəbər lenti

Xəbər lenti