...

Bakı Apelyasiya Məhkəməsi xalq artistinin şikayətini təmin etməyib

Mədəniyyət Materials 18 May 2011 14:32 (UTC +04:00)
Bakı Şəhər Apelyasiya Məhkəməsi xalq artisti Flora Kərimovanın "Qızıl şlyager" Faiq Ağayevə qarşı şikayətini təmin etməyib.
Bakı Apelyasiya Məhkəməsi xalq artistinin şikayətini təmin etməyib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir Ş.Cavadsoy/

Bakı Şəhər Apelyasiya Məhkəməsi xalq artisti Flora Kərimovanın "Qızıl şlyager" Faiq Ağayevə qarşı şikayətini təmin etməyib.

Ağayevin mətbuat katibinin Trend-ə verdiyi məlumata görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Cəlal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Kərimovanın Yasamal rayon məhkəməsinin bu ilin yanvarında qəbul etdiyi qərarından veriyi apelyasiya şikayətinə baxılıb.

Məhkəmə Yasamal rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Kərimova Ağayevə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin təhqir (147.2) və böhtan (148) maddələri ilə cinayət işi başlanması üçün Yasamal rayon məhkəməsinə müraciət etmişdi.

Məhkəmə Kərimovanın şikayətini təmin etməmişdi. Məhkəmənin qərarı ilə razılaşmayan Kərimova qərardan apelyasiya şikayəti vermişdi.

Xəbər lenti

Xəbər lenti