...

Türkiyə müğənnisi Seda Sayan Məkkəyə gedəcək

Mədəniyyət Materials 20 May 2011 18:30 (UTC +04:00)
Türkiyə müğənnisi Seda Sayan Məkkəyə gedəcək
Türkiyə müğənnisi Seda Sayan Məkkəyə gedəcək

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Ş.Cavadsoy/

Televiziya mövsümü boyunca Türkiyənin Show TV kanalında "Sabahın Sedası" adlı səhər proqramının aparıcısı kimi tamaşaçılarının görüşünə gələn populyar türkiyəli müğənni və tele-aparıcı Seda Sayan iyun ayında sözügedən telekanalla yollarını ayıracaq.

Trend Türkiyənin www.ensonhaber.com saytına istinadən xəbər verir ki, iyun ayından etibarən müğənninin yeni efir ünvanı olacaq. Şıltaqlığı ilə ad çıxarmış Seda Sayan avqustun 1-dən pərəstişkarlarını Beyaz TV ekranlarından salamlayacaq. Günorta saatlarında yayımlanacaq yeni proqram üçün Seda Allahın Evi - Müqəddəs Kəbəyə gedəcək. Dünya müsəlmanlarının əsl bayram kimi qeyd edəcəyi Ramazan ayı boyunca nümayiş olunacaq proqram müqəddəs məkanlarda qısa çəkilişlərlə gerçəkləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti