...

İstanbulda yaşayan müğənni İradə İbrahimova "şoppinq"də (FOTO)

Mədəniyyət Materials 14 İyul 2011 16:25 (UTC +04:00)
Populyar estrada müğənnisi İradə İbrahimova qardaş ölkəyə səfərimiz zamanı fotokameramızın obyektivinə tuş gəldi.
İstanbulda yaşayan müğənni İradə İbrahimova "şoppinq"də (FOTO)

Türkiyə, İstanbul, 14 iyul /Trend, müxbir müxbir Ş.Cavadsoy/

Azərbaycan əsilli Türkiyə vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub xoşbəxt günlər yaşayan populyar estrada müğənnisi İradə İbrahimova qardaş ölkəyə səfərimiz zamanı fotokameramızın obyektivinə tuş gəldi.

Alış-veriş mərkəzlərindən birini gəzib-dolaşan İradə nədənsə körpə qızı İpəyi özü ilə gətirməmişdi. Komplekssiz müğənni digər həmkarlarından fərqli olaraq, gündəlik həyatında ona rahatlıq verən sadə geyim tərzində fotolarının çəkilməsinə qarşı çıxmadı. Çəkilişi bitirdikdən sonra Trend-ə qardaş ölkədə keçən günləri ilə bağlı geniş müsahibə verdi. Yaxın günlərdə təqdim edəcəyimiz söhbəti diqqətdən qaçırmamağınızı məsləhət görürük.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti