...

"Next" qrupunun iki üzvü ölümdən qayıtdı

Mədəniyyət Materials 29 İyul 2011 14:41 (UTC +04:00)
Son aylar tamaşaçılara bir-birindən maraqlı layihələr təqdim edən dörd yaraşıqlı oğlandan ibarət "Next" qrupunun iki solisti ölümdən qayıdıb.
"Next" qrupunun iki üzvü ölümdən qayıtdı

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Son aylar tamaşaçılara bir-birindən maraqlı layihələr təqdim edən dörd yaraşıqlı oğlandan ibarət "Next" qrupunun iki solisti ölümdən qayıdıb. Hadisə şahidlərindən birinin Trend-ə verdiyi məlumata görə, 27 iyul tarixində axşam saatlarında Nabrandan Bakıya qayıtdıqları zaman qrup üzvü Əlinin idarə etdiyi avtomobilin əyləcində problemlər yaranıb və maşın yoldan çıxaraq kolluğa girib.

ikinci versiyaya görə, səbəb sürücünün yorğun olması və yola yaxşı bələd olmaması ilə izah edilir. Əlinin sükan arxasında olduğu avtomobildə təkcə qrup üzvü Seyran olub. Hər ikisi bədən xəsarətləri alıb ölümdən dönsələr də, xoşbəxtlikdən insan itkisi və başqa avtomobillə toqquşma olmayıb. "Next"in rəhbəri Hüseyn Cavadzadə və qrupun digər iki üzvü - Fəridlə Anar isə başqa avtomobillə eyni yolu gəliblər.

Trend-ə açıqlamasında məlumatı təsdiqləyən qrup rəhbəri zədə alan "Next"çilərin səhhətlərinin yaxşı olduğunu bildirdi. "Allaha min şükür ki, hər şey yaxşı qurtardı. Ölüm-itim olmadı. Bu barədə ətraflı danışmaq istəmirəm. Əli də, Seyran da özlərini yaxşı hiss edirlər. Keçmiş olsun", - Cavadzadə dedi.

Xəbər lenti

Xəbər lenti