...

Nigar Camal çantasını gözmuncuğu ilə qoruyur (FOTO)

Mədəniyyət Materials 5 Sentyabr 2011 17:58 (UTC +04:00)
Nigar Camal sonuncu dəfə media mənsubları qarşısına çıxdığı zaman istər xarici görkəmi, istərsə də aksesuarları ilə diqqətləri öz üzərinə yönəltdi.
Nigar Camal çantasını gözmuncuğu ilə qoruyur (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Eurovision 2011" mahnı müsabiqəsində Eldar Qasımovla birgə Azərbaycana birincilik qazandıran Nigar Camal sonuncu dəfə media mənsubları qarşısına çıxdığı zaman istər xarici görkəmi, istərsə də aksesuarları ilə diqqətləri öz üzərinə yönəltdi. Ən çox nəzərə çarpan isə müğənninin çantasına yaraşdırdığı gözmuncuğu bəzəyi oldu. Çox güman ki, bəd nəzərdən qorunmaq məqsədi ilə Nigar Camal gözmuncuğunu çantasının üstündə gəzdirməyə qərar verib.

Trend-in fotokamerasının görüntülədiyi bu kadrlara ulduz ifaçıdan şərh almağa müvəffəq ola bilmədik. Başqa tədbirə tələsdiyini əsas gətirib məkanı tərk edən Nigar, yəqin ki, bu fotoları gördükdən sonra danışmağa söz tapacaq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti