Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/
Türkiyə Toxum Sənayesi və İstehsalçıları Birliyinin (TSÜAB) nümayədənləri, Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları artıq bir neçə gündür ki, Azərbaycanda işgüzar səfərdədirlər. Seminar və görüşlərdən sonra bu gün məbuat konfransı keçirildi. İki qardaş ölkə arasında körpü rolunu oynayan Azərbaycanın tanınmış sənətçiləri ətraf mühiti dəstəkləyən sosial aksiyalarda fəal iştirak etdiklərinə görə mükafatlandırıldılar.
Mükafat alanlar sırasında Azərbaycanın xalq artisti Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Tünzalə Ağayeva, müğənnilərdən Röya Ayxan, Rəhim Rəhimli, Sevda Yahyayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov var idi. Həmçinin, televiziyada maraqlı layihəyə görə "Ulduz production"ın istehsalı olan, Lider TV-də yayımlanan "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu və yazdığı məqaləsinə görə "Üç nöqtə" qəzetinin müxbiri Aysər Həsənli nominantlar arasında idilər. Təbdirin mükafatlandırılma hissəsinin təşkilatçılıq missiyasını bir vaxtlar Azərbaycanda maqazin jurnalisti kimi tanınan, hazırda Türkiyədə ailəsi ilə birlikdə yaşayan Zara Tağıyeva öz üzərinə götürmüşdü.
Foto: Şahin Cavadsoy