...

Model Günay Musayeva Osmanlı adətlərini əks etdirəcək toyuna hazırlaşır

Mədəniyyət Materials 9 Sentyabr 2011 20:57 (UTC +04:00)
Tanınmış türk aktyoru Tolqa Karellə nikah bağladıqdan sonra həyatında müsbət dəyişiklik etmiş "Best Model of the World" müsabiqəsinin ikincisi model Günay Musayeva hazırda ciddi-cəhdlə toy tədarükü görür.
Model Günay Musayeva Osmanlı adətlərini əks etdirəcək toyuna hazırlaşır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Tanınmış türk aktyoru Tolqa Karellə nikah bağladıqdan sonra həyatında müsbət dəyişiklik etmiş "Best Model of the World" müsabiqəsinin ikincisi model Günay Musayeva hazırda ciddi-cəhdlə toy tədarükü görür.

Trend-ə İstanbuldan danışan model söhbətinə türk paparatsilərindən şikayətlə başladı.

"Tolqa ilə evlənəcəyimiz xəbəri çıxdığı gündən paparatsilərin hədəfinə tuş gəlmişik. Bezmişik onlardan. Demək olar ki, hər addımımız izlənilir. Paparatsilərin ucbatından bir neçə dəfə keçirmək istədiyimiz toyların sayını ixtisar etdik. Bəli, türk mətbuatına açıqlama verib bildirmişdim ki, Antalyada fərqli toy edib dostlarımızı bir yerə toplamaq niyyətindəyik. Amma medianın hədsiz marağı qarşılığında istəyimizdən imtina etdik. Odur ki, yalnız bir gün - yəni 29 sentyabr tarixində İzmit şəhərində yerləşən qədim "Xan saray"ında Osmanlı adət-ənənəsini özündə birləşdirəcək toy etmək qərarı üzərində dayanmışıq. Fərqli ssenari ilə baş tutacaq xoş günümüzün sürprizləri barədə indidən danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, Türkiyə şou-biznesinin tanınmış simalarının qatılacağı mərasimdə Azərbaycanda yaşayan qohum və dostlarımın da iştirakını təmin etməyə çalışacağıq", - model belə söylədi.

Xəbər lenti

Xəbər lenti