...

İradə İbrahimovanın qızının 1 yaşını qeyd edəcəyi tarix məlum oldu

Mədəniyyət Materials 12 Oktyabr 2011 19:42 (UTC +04:00)
Populyar estrada müğənnisi İradə İbrahimovanın qızı İpəyin 1 yaşını qeyd edəcəyi tarix məlum oldu.
İradə İbrahimovanın qızının 1 yaşını qeyd edəcəyi tarix məlum oldu

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi İradə İbrahimovanın qızı İpəyin 1 yaşını qeyd edəcəyi tarix məlum oldu.

Trend-ə danışan müğənninin mətbuat katibi Zəminə Rüstəmova bildirdi ki, ad günü məclisi 11 noyabrda keçiriləcək. "İradə hələ ki, İstanbuldadır. Yəqin ki, noyabrın əvvəllərində Bakıya qayıdacaq. Əzizlərinin, sənətçi dostlarının qatılacağı xoş günün mediada işıqlandırılacağı barədə isə indidən məlumat verə bilmərəm. Çünki hər şey İradənin gəlişindən sonra bilinəcək", - mətbuat katibi belə dedi.

Söhbətimiz zamanı dəqiqləşdirdik ki, xanım İbarahimova qızını qətiyyən jurnalistlərdən gizlətmək haqqında düşünmür. Belə ki, müğənni Azərbaycan gələndə yerli jurnallardan birinin üz qabığı üçün balaca İpəklə birgə şəkil çəkdirməyi düşünür.

Xəbər lenti

Xəbər lenti