...

Zülfiyyə Xanbabayeva xoşbəxtliyini keçmişlə bu günün astanasında tapdı

Mədəniyyət Materials 15 Oktyabr 2011 14:21 (UTC +04:00)
16 oktyabr tarixində Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Zülfiyyə Xanbabayeva özünün növbəti doğum günü qeyd edəcək.
Zülfiyyə Xanbabayeva xoşbəxtliyini  keçmişlə bu günün astanasında tapdı

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

16 oktyabr tarixində Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Zülfiyyə Xanbabayeva özünün növbəti doğum günü qeyd edəcək. Təntənədən uzaq şəkildə baş tutacaq ad günü mərasimində müğənninin çox yaxın qohum və dostları iştirak edəcəklər.

Trend-in əldə etdiyi məlumata görə, xalq artisti ilk hədiyyəsini onu sevən və illərin sınağından çıxmış pərəstişkarlarından alıb. Adının çəkilməsini istəməyən pərəstişkarlarından biri söylədi ki, onlar hər il olduğu kimi, bu il də kumirlərini öz hədiyyələri ilə təəccübləndiriblər. Belə ki, Xanbabayevanın bu vaxta qədər çəkilmiş fotolarından ibarət böyük ölçülü tablo hazırladan sadiq dostlar, müğənninin sevincinə sevinc qatmağa müvəffəq olublar. Pərəstişkarının sözlərinə görə, tabloda elə fotolar var ki, Zülfiyyə xanım onları görməyib. Ümumilikdə 30 şəklin yer aldığı tablo xalq artisti tərəfindən ən dəyərli hədiyyə kimi qiymətləndirilib. Fotolarda keçmişlə bu günün astanasında görüşən müğənni, sevənlərinin bu sürprizinin onu xeyli xoşbəxt etdiyini gizlətməyib.

Trend olaraq Zülfiyyə Xanbabayevanı ad günü münasibəti ilə təbrik edir, ona şəxsi həyatında və yaradıcılığındakı uğurlarının davamlı olmasını diləyirik.

Xəbər lenti

Xəbər lenti