...

Ayağı sınan azərbaycanlı müğənni yataq xəstəsi olmağa məcbur oldu

Mədəniyyət Materials 21 Oktyabr 2011 16:37 (UTC +04:00)
İki gün əvvəl Türkiyənin İstanbul şəhərində, yaşadığı evin yaxınlığında avtomobillə vurulan estrada müğənnisi Yeganə Mürsəlova (Akbudak) səhhətindəki ağrılardan danışdı.
Ayağı sınan azərbaycanlı müğənni yataq xəstəsi olmağa məcbur oldu

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

İki gün əvvəl Türkiyənin İstanbul şəhərində, yaşadığı evin yaxınlığında avtomobillə vurulan estrada müğənnisi Yeganə Mürsəlova (Akbudak) səhhətindəki ağrılardan danışdı. Trend-in suallarını İstanbuldan telefonla cavablandıran Yeganə, yataq xəstəsinə çevrilməsi ilə heç cür barışa bilmədiyini söylədi.

"Sadəcə dəhşət idi. Oğlum Ömərlə birlikdə yolu keçərkən hadisə baş verdi. Yüksək sürətlə gələn avtomobil bizə yaxınlaşanda əyləci saxlaya bilmədi. Sol ayağımın üstündən keçib getdi. Vicdansız kimi həmin an gözdən itən sürücünü polisə verdik. Başıma gələn üzücü hadisənin şokundan hələ də tam ayılmamışam. Ayağım gipsdədir. Az əvvəl yenidən həkim müayinəsində oldum və düz bir ay mənə yataqda uzanmaq məsləhət görüldü. Oğlum da bir az xəstələnib. Nə edəcəyimi bilmirəm. Ümidimi üzmürəm, Allahın köməkliyi ilə cərrahiyyə əməliyyatına ehtiyac qalmaz. Sevənlərimin dualarına ehtiyacım var", - müğənni belə dedi.

Xəbər lenti

Xəbər lenti