...

Bakıda keçiriləcək "Eurovision"da Danimarkanı qvatemalalı müğənni təmsil edəcək (FOTO)

Mədəniyyət Materials 23 Yanvar 2012 13:55 (UTC +04:00)
"Eurovision" mahnı müsabiqəsinin danimarkalı iştirakçısı müəyyən olub. Bu, "Should've Known Better" mahnısı ilə Soluna Samaydır.
Bakıda keçiriləcək "Eurovision"da Danimarkanı qvatemalalı müğənni təmsil edəcək (FOTO)

Azərbaycan, Bakı, 23 yanvar /Trend müxbir V.İmanov/

"Eurovision" mahnı müsabiqəsinin danimarkalı iştirakçısı müəyyən olub. Bu, "Should've Known Better" mahnısı ilə Soluna Samaydır. Bu barədə bazar ertəsi Trend "Eurovision"ın rəsmi saytına istinadən məlumat verir.

Soluna Samay (qızlıq familiyası Soluna Samay Kettel Ziqler) 1990-cı il avqustun 27-də Qvatemalada anadan olub. Onun atası alman, anası isə isveçrəlidir. Soluna Samay 2000-ci illərdə Danimarkaya gəlib. Uşaqlıqdan valideynləri ilə müxtəlif şəhərlərin küçələrində konsert verib. Solunanın peşəkar karyerası debüt "Sing Out Loud" albomunun çıxışı ilə başlayıb. Bu isə 2011-ci ilin sentyabrına təsadüf edib.

Danimarkanın "Dansk Melodi Grand Prix 2012"-nin milli finalı Olborq şəhərindəki "Gigantium Arena"da keçirilib. Bu ölkə öz iştirakçısını müəyyənləşdirmək üçün yerli jürilərlə yanaşı, beynəlxalq jürini də cəlb edib. Bura, həmçinin Azərbaycanın nümayəndələri - "Eurovision 2011"-in qalibləri Eldar Qasımov və Nigar Camal, "Eurovision 2009"-un üçüncüsü Aysel Teymurzadə, tanınmış prodüser və bəstəkar İsa Məlikov və "Eurovision 2010"-un milli seçiminin finalçısı Dilarə Kazımova daxil olublar.

Azərbaycandan başqa, beynəlxalq jürinin tərkibinə aşağıdakılar cəlb ediliblər:

Almaniya - Okeana (müğənni), Rüdiger Brans (müğənni, "The Baseballs" qrupunun solisti), Peter Bergener (jurnalist), Roje Tsitsero (müğənni, "Eurovision-2007" mahnı müsabiqəsinin iştirakçısı), Mayk Rötgens (prodüser);

Norveç- Aleksandr Rıbak (müğənni, "Eurovision 2009"-un qalibi), Venke Knutson (müğənni), Omer Bhatti (reper, Maykl Ceksonun yaxın dostu), Kyell Peter Askersrud (professor), Byorn Yohan Muri (müğənni);

Rusiya - Aleksey Vorobyov ("Eurovision 2011"-in iştirakçısı), Lera Masskva (müğənni) Yuri Mediannik (musqiçi), Anna Kulikova (müğənni), Mariyo Dyurand (müğənni, skripkaçı).

Xəbər lenti

Xəbər lenti