...

Çingiz Abdullayev: Ermənilər türkdilli dövlətlərdə dinc yaşamağa hazır deyillər

Mədəniyyət Materials 1 Fevral 2012 14:49 (UTC +04:00)
Fransanın "erməni soyqırımı" haqqında qanunu ermənilərin türkdilli dövlətlərdə dinc yaşamağa hazır olmadığını təsdiqləyir. Məşhur Azərbaycan yazıçısı Çingiz Abdullayev belə hesab edir.
Çingiz Abdullayev: Ermənilər türkdilli dövlətlərdə dinc yaşamağa hazır deyillər

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Fransanın "erməni soyqırımı" haqqında qanunu ermənilərin türkdilli dövlətlərdə dinc yaşamağa hazır olmadığını təsdiqləyir, bunu çərşənbə günü Trend-ə Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.

"Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulu şübhəsiz ki, təkcə Türkiyəni deyil, həm də Azərbaycanı vurur, çünki bu, bir növ ermənilərin türkdilli dövlətlərdə sülh şəraitində yaşamağa hazır olmadıqları faktını təsdiqləyir" Abdullayev qeyd edib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Yazıçının fikrincə, digər tərəfdən, bu qanunun qəbulu ermənilərin danışıqlara getməməsinə haqq qazandırır.

"Tarixçilər həmin dövrdə baş vermiş hadisələrin araşdırılması ilə çox ciddi məşğul olmalıdırlar və mən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla razıyam, burada soyqırım faktını inkar və ya etiraf etmək olmaz", - Abdulalyev bildirib.

Yazıçı qeyd edib ki, əlbəttə, orada müharibə olub və hər iki tərəf itkilər verib.

"Hər şeyi araşdırmaq və nəticələri dünya ictimaiyyətinə çatdırmaq lazımdır", - yazıçı hesab edir.

Onun fikrincə, "erməni soyqırımı" faktının özü mövcud ola bilməz, ən azı ona görə ki, o vaxtlar ölkəni idarə edən türk sultanı II Əbdülhəmidin anası erməni olub və onun hakimiyyəti illərində Türkiyənin hər yerində erməni kilsələri olub.

Xəbər lenti

Xəbər lenti