...

"Eurovision 2012"-nin Azərbaycan təmsilçisi müəyyənləşdi (FOTO) (VIDEO)

Mədəniyyət Materials 12 Fevral 2012 23:53 (UTC +04:00)
"Eurovision 2012"-nin Azərbaycan təmsilçisi müəyyənləşdi
"Eurovision 2012"-nin Azərbaycan təmsilçisi müəyyənləşdi (FOTO) (VIDEO)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir V.İmanov/

Azərbaycanı nüfuzlu "Eurovision 2012" mahnı müsabiqəsində Səbinə Babayeva təmsil edəcək. Bu barədə final seçiminin yekunları üzrə bazar günü elan edilib.

Azərbaycandan iştirakçıların müəyyən edilməsi üç ay ərzində davam edib. Milli seçim müsabiqəsində iştirak üçün 119 ifaçı ərizə verib. Onlardan yalnız 72 nəfəri "Evrovision" milli seçimlərində iştirak etmək hüququ əldə edib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

"Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinalı bu il mayın 22 və 24-də, finalı isə mayın 26-da Bakıda keçiriləcək.

Devizi "Light your fire" sözləri olan 57-ci "Eurovision" mahnı müsabiqəsi tikintsi Dövlət Bayrağı Meydanında davam edən "Baku Crystal Hall"da keçiriləcək.

"Baku Crystal Hall" 23 min tamaşaçı tutur, daha 16 min tamaşaçı isə böyük monitorlar vasitəsilə birbaşa efirdə müsabiqənin yarımdinalına və finalına baxmaq imkanı əldə edəcəklər.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti