...

Macarıstanın "Eurovision 2012"dəki təmsilçisi müsbət nəticəyə ümidlidir

Mədəniyyət Materials 24 Fevral 2012 14:30 (UTC +04:00)
Macarıstanın "Eurovision 2012" təmsilçisi "Compact Disco" qrupu hesab edir ki, müsabiqə onun iştirakçılarına fantastik təəssüratlar bəxş edəcək.
Macarıstanın "Eurovision 2012"dəki təmsilçisi müsbət nəticəyə ümidlidir

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir A.Məmmədova/

Macarıstanın "Eurovision 2012" təmsilçisi "Compact Disco" qrupu hesab edir ki, müsabiqə onun iştirakçılarına fantastik təəssüratlar bəxş edəcək.

"Eurovision 2012" müsabiqəsi bizim üçün özümüzü və Macarıstanı Avropada göstərmək məqsədilə əla şansdır. Biz müsabiqədən yeni görüşlər, yeni təcrübə və əlbəttə ki, macəralar gözləyirik", - "Compact Disco" qrupunun iştirakçıları Trend-ə verdikləri müsahibədə bildiriblər.

Onların fikrincə, Macarıstanda "Compact" qrupunu çox güclü müsbət enerji gətirən "Sound Of Our Hearts" mahnısına görə seçiblər.

"Qrupumuz Macarıstanda təkcə kütləvi informasiya vasitələri arasında çox populyar deyil. Biz yerli "Fonogram" ("Grammy"nin analoqu) müsabiqəsinin qalibi olmuşuq, MTV EMA mükafatını almışıq, ona görə də keyfiyyətli musiqi axtaranlar bizi tanıyırlar", - qrupun iştirakçıları deyiblər.

İştirakçıların sözlərinə görə, "Eurovision" səhnəsində təmsil olunarkən onlarla birlikdə altı rəqqas olacaq.

"Əvvəlcə biz məsuliyyətdən qorxurduq, amma sonra anladıq ki, bu, bizim təkcə karyeramızda deyil, həm də ölkəmiz üçün dönüş anı ola bilər. Biz müsbət nəticəyə ümid edirik", - "Compact Disco"nun iştirakçıları deyiblər.

Xəbər lenti

Xəbər lenti