Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın müsabiqə mahnısı martın 17-də təqdim olunacaq.
Trend-in eurovision.az saytına istinadən verdiyi məlumata görə, həmin gün Azərbaycan təmsilçisinin rəsmi internet saytı da istifadəyə veriləcək.
Azərbaycanın "Eurovision 2012" mahnısının rəsmi videosu isə martın 19-da nümayiş olunacaq.
Xatırladaq ki, 2008-ci ildən milli seçim turlarında ardıcıl iştirak edən Səbinə Babayeva fevralın 12-də keçirilən milli final konsertində Azərbaycanın builki "Eurovision" mahnı müsabiqəsində təmsilçisi seçilib.