...

Böyük Britaniyanın 75 yaşlı "Eurovision 2012" təmsilçisi çox həyəcanlıdır

Mədəniyyət Materials 26 Mart 2012 15:15 (UTC +04:00)
Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Engelbert Hamperdink (Engelbert Humperdinck) finalda 1-ci çıxış edəcəyi üçün həyəcanlıdır.
Böyük Britaniyanın 75 yaşlı "Eurovision 2012" təmsilçisi çox həyəcanlıdır

Azərbaycan, Bakı, 26 mart /Trend/

Böyük Britaniyanın "Eurovision 2012" təmsilçisi Engelbert Hamperdink (Engelbert Humperdinck) finalda 1-ci çıxış edəcəyi üçün həyəcanlıdır.

Trend müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, 75 yaşlı müğənni müsabiqədəki "Love Will Set You Free" mahnısına güvəndiyini deyib. Engelbert Hamperdink "Eurovision 2012"-dəki bu mahnının fantastik olduğunu və məhz bu mahnı ilə çıxış etməkdən məmnunluğunu ifadə edib.

"Finalda birinci çıxış etmək çox yaxşı haldır. Həyəcanlanmaq özü də müsbət bir haldır. Hər ifadan əvvəl məni bu cür həyəcan bürüyür. Bu, mənə hər zaman kömək olur və mübarizə aparmağa güc verir", - o deyib.

Müğənninin "Eurovision 2012"-də çıxışından sonra "Engelbert və qadınlar" adlı yeni albomu işıq üzü görəcək. Bu albomda Hamperdinkin məşhur qadınlarla oxuduğu duetlər yer alacaq.

Xəbər lenti

Xəbər lenti