...

Mədəniyyət Nazirliyi bəzi dərslərin tarixi məkanlarda keçirilməsini təklif edib

Mədəniyyət Materials 29 Mart 2012 13:08 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyinə bəzi dərslərin tarixi məkanlarda keçirilməsi ilə bağlı təklif verib. Bunu cümə axşamı jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Mədəniyyət Nazirliyi bəzi dərslərin tarixi məkanlarda keçirilməsini təklif edib

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyinə bəzi dərslərin tarixi məkanlarda keçirilməsi ilə bağlı təklif verib. Bunu cümə axşamı jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, rəssamlıq, diyarşünaslıq və s. dərslər qoruqlarda, muzeylərdə keçirilə bilər.

Dərslərin belə yerlərdə keçirilməsinə ancaq şad ola biləcəklərini deyən nazir Təhsil Nazirliyinin onların bu təklifinə müsbət cavab verəcəyinə ümid etdiyini də bildirib.

Qarayev Azərbaycan şagirdlərinin teatrlara məhəbbətinin artmasını da vacib sayıb.

"Teatra məhəbbət uşaq yaşlarından yaranmalıdır. Əgər kimsə məktəbi qurtardıqdan sonra teatra gəlirsə, o, teatr dünyasını tam başa düşə bilməyəcək", - nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti