...

San Marinonun "Eurovision 2012" mahnısına ən yaxşı klip çəkən pulsuz səyahət edəcək

Mədəniyyət Materials 12 Aprel 2012 20:14 (UTC +04:00)
Valentina Monetta müsabiqədə sosial şəbəkə haqqında oxuyacağı mahnısına ən yaxşı videoklip çəkən pərəstişkarını mükafatlandıracaq.
San Marinonun "Eurovision 2012" mahnısına ən yaxşı klip çəkən pulsuz səyahət edəcək

Azərbaycan, Bakı, 12 aprel /Trend/

San Marinonun builki "Eurovision" təmsilçisi Valentina Monetta müsabiqədə sosial şəbəkə haqqında oxuyacağı mahnısına ən yaxşı videoklip çəkən pərəstişkarını mükafatlandıracaq.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, müsabiqənin əsas mükafatı uçuş və hotel xərcləri daxil olmaqla, Almaniyadakı dünyaşöhrətli "Oktoberfest 2012" festivalına VİP səyahətdir. Bundan əlavə, qalib Valentina Monettanın qonağı olacaq və 1000 avro əldə edəcək. Digər 9 həvəskar videoklipin müəlliflərinə 100 avrodan 700 avroyadək müxtəlif hədiyyələr təqdim olunacaq. İstifadəçilər klipin xüsusi texnikada hazırlanmış videosunu yükləyib, ona öz ekran obrazlarını da əlavə edə bilərlər.

Videolar mayın 14-dən etibarən "Eurovision 2012 San Marino Social Network Music Video Contest" başlığı ilə YouTube kanalına yüklənməlidir. Videoların seçimini aparan münsiflər heyətinin tərkibinə San Marinonun builki "Eurovision" təmsilçisinin özü, SMTV-nın direktoru Carmen Lasorella və nümayəndə heyətinin rəhbəri Alessandro Capicchioni də daxildir.

Xəbər lenti

Xəbər lenti