...

Azərbaycanda kitab bayramı keçiriləcək

Mədəniyyət Materials 23 Aprel 2012 13:39 (UTC +04:00)
Azərbaycanda mayın 18-də kitab bayramı keçiriləcək. Bu barədə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib.
Azərbaycanda kitab bayramı keçiriləcək

Azərbaycan, Bakı, 23 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycanda mayın 18-də kitab bayramı keçiriləcək. Bu barədə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib.

"Kitab bayramının keçirilməsində məqsəd Azərbaycanın müasir yazarlarının kitablarının təbliğatıdır", - Muradov deyib.

Bayramla əlaqədar tədbirlər Milli Şura ilə "Gənc Yazarlar" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Muradov qeyd edib ki, özündə 72 təşkilatı birləşdirən Azərbaycan Gənclər Təşkilatları Milli Şurası həmçinin "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı geniş təbliğat işləri aparır.

Şura sədri deyib ki, sosialı şəbəkələr, həmçinin İKT-nin digər imkanlarından istifadə etməklə, müxtəlif tədbirlər keçirməklə təşkilat Azərbaycanın zəngin tarixi və mədəniyyəti, milli adət-ənənələri, eləcə də müasir dövrdə ölkənin inkişafı ilə bağlı məlumatları yayır.

Xəbər lenti

Xəbər lenti