...

Azərbaycanda "Eurovision 2012" müsabiqəsinə həsr olunmuş konsert keçiriləcək

Mədəniyyət Materials 26 Aprel 2012 13:04 (UTC +04:00)
"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə aprelin 29-da Milli Parkda açıq havada möhtəşəm konsert proqramı keçiriləcək.
Azərbaycanda "Eurovision 2012" müsabiqəsinə həsr olunmuş konsert keçiriləcək

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

"Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə aprelin 29-da Milli Parkda açıq havada möhtəşəm konsert proqramı keçiriləcək.

Fan Klubdan cümə günü Trend-ə verilən məlumata görə, konsert proqramının əsas məqsədi "Eurovision 2012" mahnı müsabiqəsinə qalan sayılı günlər ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır.

Fan Kluba dəstək məqsədilə keçirilən konsertdə Emin Ağalarov, Safura Əlizadə və Ell&Nikki kimi ulduzlar çıxış edəcəklər.

Konsertdə həmçinin "Eurovision 2012" mahnı müsabiqəsində Gürcüstanı təmsil edəcək Anri Coxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzlar çıxış edəcək.

Konsertin aparıcısı Murad Dadaşovdur. Konsertə giriş sərbəst olacaq və iştirakçılara "Eurovision"un Azərbaycandakı rəsmi Fan Klubu tərəfindən müxtəlif hədiyyələrin verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Eurovision"un Azərbaycandakı Fan Klubu rəsmi olaraq 2008-ci il aprelin 1-də yaradılıb. 2012-ci il martın 1-dən bu günə qədər artıq sosial şəbəkələrdə 100.000 nəfərdən çox insan Fan Kluba qoşulub. Fan Klub ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz "Eurovision 2012"-yə dəstək istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti