...

Qız Qalasında muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb

Mədəniyyət Materials 2 May 2012 10:48 (UTC +04:00)
Qız Qalasında aparılan muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb.
Qız Qalasında muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/

Qız Qalasında aparılan muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, birinci mərhələdə işlər Qız Qalası abidəsinin kontrforsunda və baxış meydançasında aparılıb.

Muzey konservasiyası zamanı zədələnmə səviyyəsindən asılı olmayaraq, heç bir daş abidədən kənarlaşdırılmayıb və mövcud problemlər aradan qaldırılaraq kontrforsun səthi möhkəmləndirilib.

Konservasiya işləri xarici və yerli mütəxəssislər tərəfindən həyata keçirilib.

Qız Qalasının əsas dairəvi hissəsində muzey konservasiyasının ikinci mərhələsi iyunun əvvəlində başlanacaq. İşlərin tamamilə bitməsi 2013-cü ilin ikinci yarısı üçün nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti