...

Yunanıstanın "Eurovision 2012" təmsilçisi ad gününü təyyarədə qeyd edəcək

Mədəniyyət Materials 9 May 2012 11:42 (UTC +04:00)
Bu il Yunanıstanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Eleftheria Eleftheriou nümayəndə heyəti ilə birlikdə mayın 12-də Azərbaycana yola düşəcək.
Yunanıstanın "Eurovision 2012" təmsilçisi ad gününü təyyarədə qeyd edəcək

Azərbaycan, Bakı, 9 may /Trend/

Bu il Yunanıstanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Eleftheria Eleftheriou nümayəndə heyəti ilə birlikdə mayın 12-də Azərbaycana yola düşəcək. Həmin günü o, 23 yaşını təyyarədə qeyd etməli olacaq.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, Yunanıstan təmsilçisinin olduğu təyyarə şənbə günü gecə saatlarında Bakıya enəcək.

Eleftheriou mayın 13-dən "Bakı Kristal Zalı" səhnəsində "Aphrodisiac" mahnısının məşqlərinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti